Close Menu
BiznesX
    Son yazılanlar
    Yanvar 15, 2025

    Biznes ideyanı necə tapmaq olar?

    Yanvar 14, 2025

    Ürəkdən Satmaq (Sellling from the Heart) kitabının icmalı

    Yanvar 7, 2025

    Effektiv Ünsiyyət

    Facebook X (Twitter) Instagram
    Facebook Instagram TikTok Telegram Threads
    BiznesX
    Login
    • Ana səhifə
    • Haqqında
    • Kitab icmalları
    • Bloq
    BiznesX
    Siz buradasınız:Ana səhifə»Maliyyə və İnvestisiya»Qızılın iqtisadi əhəmiyyəti
    Maliyyə və İnvestisiya

    Qızılın iqtisadi əhəmiyyəti

    Noyabr 22, 2024Şərh edilməmiş3 Dəqiqə Oxu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Reddit WhatsApp Copy Link
    Qızılın qiyməti

    Qızıl niyə belə dəyərlidir?

    Qızılın iqtisadi əhəmiyyəti

    Qızılın iqtisadi əhəmiyyəti

     

    Artan siyasi və iqtisadi gərginlik fonunda qızıl hər zaman dövlətlər, şirkətlər və ayrı-ayrı fərdlər üçün həmişə daha etibarlı liman olmuşdur. FED(Amerika Mərkəzi Bankı)-in Bretson Woods sisteminə son verməsiylə 1971-cü ildə aldığı qərarla dolların qızıla ekvivalent həcmdə çap olunması( yəni, bu tarixdən öncə dövlətlərin mərkəzi bankları dövriyyəyə buraxdığı pul həcmində qızıl ehtiyatına sahib olmalıydı) məsələsi ortadan qalxdı. Bu tarixdən etibarən dünya miqyasında çapa verilən saysız həcmdəki pullar “kağız”ın dəyərini daha da ucuzlaşdırmaqla bərabər inflyasiya tempini sürətlə artırdı. Bu gün dünyanın bir çox ölkəsi bu inflyasiyadan əziyyət çəkir və hər iqtisadi tıxanmada dövriyyəyə buraxılan pulun həcmini artırmaqla “iqtisadi dirənmə”nin qarşısı alınmağa çalışır. Ona görə də, bu gün qabaqcıl ölkələr bu problemi yaxşı başa düşür və istər hər an partlaq verə biləcək qlobal iqtisadi böhran vəziyyətində daha dayanıqlı olmaq, istərsə də, ümumi iqtisadi qanunauyğunluğun dəyişəcəyi halda yeni sistemə daha rahat adaptasiya ola bilmək üçün valyuta ehtiyatlarını qızıl şəklində saxlayır, bu həcmi daha da artırırlar. Əlavə olaraq JP Morgan kimi iri banklar, korporasiyalar da kassalarında qızıl və gümüş ehtiyatları toplayır. Qızıl həmçinin ayrı-ayrı fərdlər üçün də həmişə etibarlı investisiya aləti olmuşdur. Baxmayaraq ki, bu gün tamamilə maliyyə iqtisadiyyatının hakim olduğu iqtisadi sistem içərisində yaşayırıq hər keçən gün kağız pulların həcminin artmasından dolayı itirdiyi dəyər nəhayətində sistemin nə vaxtsa tıxanacağını göstərir. Bu tendensiyanı yaxşı müşahidə eləyənlər investisiya və gələcək yönümlü maliyyə planlarını bu faktı diqqətə almadan müəyyənləşdirmirlər. İndi isə gəlin qızılın niyə bu qədər dəyərli olduğunu bir neçə maddədə açıqlamağa çalışaq.

    Nadirlik

    Qızıl yer üzündə nisbətən az tapılan bir metal olduğundan, onun təbii ehtiyatları məhduddur. Nadirlik qiymətini artırır. Bu qızılın iqtisadi əhəmiyyətini daha da artırır.

    Fiziki Xüsusiyyətlər

    Qızıl kimyəvi cəhətdən dayanıqlı və korroziyaya müqavimətcildir. O, hava və su ilə reaksiya vermədiyi üçün uzun müddət davamlı qalır. Eyni zamanda, yumşaq və elastik olması, onu işlənməsi və formasını qorumasını mümkün edir.

    Tarixi və Mədəni Dəyər

    Tarix boyunca qızıl zənginlik və güc simvolu olub. O, müxtəlif mədəniyyətlərdə mükafatların, həqiqi dəyərlərin və mədəniyyətlərin təmsilçisi kimi istifadə olunub. Bu tarixi dəyər qızılın qiymətini daha da artırır.

    İnvestisiya və Yığma

    Qızıl iqtisadi qeyri-müəyyənliklər dövründə sərmayə qoyuluşu üçün etibarlı bir seçim kimi qəbul edilir. Bu, qızılın bazar qiymətinin zamanla artmasına səbəb ola bilər.

    Estetik Dəyər

    Qızıl gözəl görünüşü və parlaq rəngi ilə bəzək əşyalarında çox qiymətli hesab edilir.

    Bu sadalanan və digər səbəblərdən dolayı, qızıl həm maddi, həm də simvolik baxımdan böyük bir dəyərə malikdir.

     

    Qeyd: Bu məqalə investisiya məsləhəti xarakteri daşımır…

    Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

    Əlaqəli yazılar

    İnvestisiya Alətləri

    Bitcoin tarixi

    Şərh yaz Şərhi ləğv et

    Son şərhlər

    Yuxarıda yazın və axtarış etmək üçün Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsinə basın.

    Daxil ol və ya qeydiyyatdan keç

    Welcome Back!

    Aşağıdan daxil olun və ya {qeydiyyatdan keçin}.

    Şifrəni unutmusan?

    İndi qeydiyyatdan keç!

    Artıq qeydiyyatdan keçmisiniz? Giriş.

    Şifrəniz e-poçtunuza göndəriləcək.