Reklam niyə vacibdir?
Biznes üçün reklamın əhəmiyyəti(araşdırma)
Bu dəfəki yazımızda reklamların psixoloji tərəfinin əhəmiyyəti barəsində qısaca söz açacağıq. Böyük şirkətlər büdcələrinin yarıdan çoxunu reklam, marketinq xərclərinə ayırmaqla xəta edir görəsən? Əlavə olaraq sual oluna bilər ki, axı niyə geniş müştəri bazasına, “brand image”-ə sahib markalar dayanmadan intensiv şəkildə öz məhsul və xidmətlərini hər daim gözümüzün qabağında tutmağa çalışır. Stanford Universitetinin son illərdə apardığı araşdırmaya əsasən insanların 94 %-i irrasional, yəni daha çox emosional qərarlar verir. O da insanlarda təəccüblü məqamlardan biridir ki, niyə ehtiyacı olmadığı halda bir çox hallarda gərəksiz, istifadəsinə o qədər də yararlı olmayan mal və xidmətləri alır. Ciddi elmi araşdırmalar da “Shopping etmək”-in beyində həzz hormonlarını tətiklədiyini önə sürür. Belə olan halda böyük firmaların niyə reklamlara böyük pullar ayırdığını və əksər reklam çarxlarının, posterlərinin “həzz mərkəzli” olduğunu daha aydın başa düşmək olar. Bu psixologiya faktı biznes üçün reklamın əhəmiyyəti məsələsini anlamaqda daha çox yardımçı olur.
Kiçik sahibkarlar və reklam
Biznes üçün reklamın əhəmiyyəti təkcə böyük şirkətlərin üzərində baş sındırdığı məsələ deyil, eləcə də biznesə yeni addım atan, həmçinin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün bu həmişə aktualdır. Bu gün ənənəvi reklam alətlərinin yerini influencerlər və onların yaratdığı müxtəlif mövzuları əhatə eləyən kontent videoları tutur. Ölkəmizdə də yeni qurulan bizneslərin bir çoxu bu sosial şəbəkə fenomenləri vasitəsilə böyük kütlələrə çıxmağa çalışır. Buna baxmayaraq günümüzdə alternativ marketinq alətləri öz istifadəsini qoruyur. Bunların arasında televizor və radio, broşürlər və flayerlər, bilboardlar, mobil applikasiya reklamları da öz yerini alır. Digər tərəfdən xırda və orta bizneslər böyük marketinq büdcələrinə sahib olmadığı üçün daha geniş auditoriyalara çatmaqda sıxıntı çəkirlər. Onlar satışlarını daha da artırmaq üçün yeni reklam alətlərinin gətirdiyi üstünlüklərdən faydalanmalıdırlar. Burada şərt o deyil ki, məhşur videobloqerlər və influencerlərin xidmətlərindən yaralanmaq lazımdı. Buna alternativ olaraq sahibkarlar trendi yaxşı izləməli, sosial şəbəkə kontenlərinə özlərinin də yaradıcılığını, kreativliyini qatıb diqqət göstərməlidirlər.